“Azərbaycan tarixi qərar verdi” –İsrail XİN

“Azərbaycanın İsraildə səfirlik açması tarixi qərardır”.

Bu barədə İsrail Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.

“Bu gün (18 noyabr 2022-ci il) Azərbaycan parlamenti Azərbaycanın İsraildə, Təl-Əvivdə səfirliyinin açılması ilə bağlı tarixi qərar qəbul edib. Bu, əhalisinin əksəriyyətinin şiə olduğu müsəlman ölkəsinin İsraildə ilk səfirliyi olacaq”, – bildirilib.

Qeyd edək ki, Azərbaycanın İsraildə səfirliyi təsis edilir. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsində əksini tapıb. Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.

Əvvəlki məqalə

MEDİA jurnalistlər üçün peşə etikası ilə bağlı təlimlərə başlayıb

Sonrakı məqalə

“Dünyadakı qeyri-müəyyənlik fonunda Rusiya “sabitlik adası”dır”