“Azərbaycan və Ermənistan sülh müqaviləsi bağlamağa hazır deyillər”- Rusiya XİN

“Azərbaycan və Ermənistan sülh müqaviləsi bağlamağa hazır deyillər, hələ həllini gözləyən çətin məsələlər var”.

Azpsot.info xəbər verir ki, bunu TASS-a Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə departament direktoru Denis Qonçar deyib.

“Bakı və İrəvandan mümkün qədər tez sülhə nail olmaq öhdəliyi ilə bağlı siqnallar o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdır. Biz hələ də bir sıra çətin mövzular üzrə həll yollarını tapmalıyıq”, – o qeyd edib.

XİN rəsmisinin sözlərinə görə, onlardan ən mühümü Azərbaycanın hüquqi müstəvisi çərçivəsində Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsi və hamı tərəfindən tanınmış hüquqlarına riayət olunmasıdır: “Rusiya sülh sazişinin hazırlanmasında tərəflərə aktiv şəkildə kömək edir. Bu, üçtərəfli sazişlərin elementlərindən biridir. Hər il üçtərəfli sammitlər keçirilir, xarici işlər nazirləri müntəzəm olaraq görüşür”.

Azpsot.info

Əvvəlki məqalə

Şoyqu xüsusi əməliyyat zonasına gedib

Sonrakı məqalə

“Kreml ABŞ-ın vədlərinə inanmır” –