Azərbaycanda 793 nəfər xəyanətə görə boşanıb

- RƏSMİ STATİSTİKA
05 Mart 2020 - 16:41

Ötən il Azərbaycanda qeydiyyat şöbələrində qeydə alınmış nikahın pozulmasının sayı 17.301 olub.

Bu barədə Ədliyyə Nazirliyindən “MediaPost”un sorğusuna cavab olaraq bildirilib. Məlumatda müxtəlif səbəblərdən boşananların statistik məlumatları öz əksini tapıb.

Belə ki, 1256 nəfər xasiyyətlərinin tutmamasına, 793 nəfər xəyanətə, 724 nəfər uşaqların olmamasına, 709 nəfər ailədaxili zorakılığa, 654 nəfər maddi duruma, 605 nəfər qısqanclığa görə boşanıb.

1256 nəfərin nikahı isə sərxoşluq və digər səbəblərə görə pozulub.

Xatırladaq ki, ötən il ötən il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63 869 nikah qeydə alınıb.