Azərbaycanda hələlik “Omicron” ştammı aşkarlanmayıb –

AÇIQLAMA
29 Noyabr 2021 - 11:00

Bütün mutasiyalar və əlaqəli ştammlar üzrə yoxlamalara başlanılıb.

Bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev bildirib.

O qeyd edib ki, bütün mutasiyalar və əlaqəli ştammlar üzrə yoxlamalara başlanılıb.

A.R.Ağayev bildirib ki, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində kluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir.

Müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb.

Qeyd edək ki, Cənubi Afrika Respublikasında koronavirusun yeni ştammı aşkarlanıb. ÜST-ün “Omicron” adı verdiyi ştamm artıq bir neçə Avropa ölkəsində də yayılıb.