2019-cu il ərzində Azərbaycanda 9,4 min iş yeri bağlanıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu dövrdə bağlanmış iş yerlərinin 51,5%-i qeyri-dövlət sektorunun payına düşüb.
İş yerlərinin 39,8%-i (3 741,2) müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 60,2%-i (5 658,8) isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.
Xatırladaq ki, 2019-cu il ərzində ölkədə 192 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 27%-i qeyri-dövlət sektorunda açılıb.