Azərbaycanda təhsil alan əcnəbilərə tələbə krediti verilməyəcək

25 Noyabr 2021 - 13:19

“Təhsil tələbə krediti yalnız təhsil haqqı üçün nəzərdə tutulub”.

Bunu təhsil nazirinin müavini İdris İsayev bildirib.

Onun sözlərinə görə, xarici ölkələrdə təhsil kreditinin yaşayış, nəqliyyat və digər xərclər üçün xərclənməsi təcrübəsi var: “Gələcəkdə bu halların bizim sistemdə də istifadəsi mümkün ola bilər. Həm özəl, həm də dövlət ali məktəblərində təhsil alan tələbələr təhsil tələbə kreditindən istifadə edə bilərlər. Bir şərt var ki, tələbə əyani təhsil almalıdır. Ancaq Azərbaycanda təhsil alan əcnəbilər, eyni zamanda xaricdə təhsil alan Azərbaycan vətəndaşları bu kreditdən yararlana bilməz. Krediti yalnız Azərbaycan ali təhsil müəssisələrində təhsil alan vətəndaşlarımız ala bilər”.