“Azərbaycanla razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur” –PAŞİNYAN

“Hazırda Azərbaycanla Kişinyovda imzalana biləcək razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur”.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Kişinyovda sülhün bağlanmasının mümkünlüyü barədə danışarkən deyib.

Baş nazir parlamentdə bildirib ki, Ermənistan tərəfinin Vaşinqton görüşündən əvvəl verdiyi təkliflərə hələ də Azərbaycandan cavab almayıb.

Xatırladaq ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Parisdə bir qrup jurnalistə açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan iyunun 1-də Kişinyovda keçiriləcək Avropa Siyasi İcması sammiti çərçivəsində sülh sazişi imzalaya bilər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.