Azərbaycanlı hərbi əsirlərin İrəvanda azərbaycanlı jurnalistlərlə görüşü –1998-ci ildə çəkilmiş nadir görüntülər /VİDEO

Sosial şəbəkədə 90-cı illərin ortalarında Ermənistanda əsirlikdə olan hərbçilərimizlə bağlı görüntülər yayımlanıb. 

Azpost.info bildirir ki, 1998-ci ilə aid bu kadrlarda Azərbaycanın müxtəlif rayonlardan olan hərbçilər kamera qarşısında özlərini təqdim edirlər.

Onlardan bəziləri necə əsir düşdükləri məqamları da bildirirlər.

Həmin kadrlar İrəvana səfər etmiş azərbaycanlı  jurnalistlərlə görüşü əks olunub. Əsirlikdə olmuş hərbçilirdən biri illər sonra verdiyi müsahibə zamanı deyib ki, bu kadrlar Azərbaycandan gəlmiş jurnalistlərin onlara görüşü zamanı çəkilib.

Həmin görüşdən əvvəl isə azərbaycanlı əsirlərin geyimlərini dəyişiblər, yeməklərini qaydasında verməyə başlayıblar. Görüşdən əvvəl isə əsirlərə hədə-qorxu gəliblər ki, əgər Ermənistanda döyüldükləri və üzləşdikləri zoraklılqlar barədə danışsalar onlar üçün yaxşı olmayacaq.

Qeyd edək ki, videoda əks olunan bu hərbi əsirlərin hamısı sağ-salamat vətənə qaytarılıb.

Onlar  1999-cu ilin oktyabrında əsirlikdən azad olunaraq Azərbaycana gətirliblər. O zaman əsirləri İrəvandan Bakıya ATƏT-in o zamankı İsveçdən olan sədri Knut Vollobeq özü ilə gətirmişdi. Hava limanında əsirləri Azərbaycanın o zamankı xarici işlər naziri Tofiq Zülfüqarov qarşılamışdı. Bu jest Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün xoşməramlı bir addım kimi qiymətləndirildi.

Əsirlikdən qaydınlar hazırda müxtəlif rayonlarda yaşayırlar. Bir nəfər -Salyandan olan Əhməd Rəhmanov bir neçə il sonra vəfat edib.

 

 

 

Əvvəlki məqalə

“Macarıstan Avropa-Rusiya müharibəsinin qarşısını almaq istəyir”

Sonrakı məqalə

Qəbələdə 30 yaşlı kişi itkin düşüb