Almaniyanın Hamburq şəhərində rusiyalı milyarder Fərhad Əhmədova məxsus “Luna” yaxtasına həbs qoyulub.
Azpost.info xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” məlumat yayıb.
Almaniya polisi oliqarxın yaxtanın sahibi tərəfindən rəsmi olaraq göstərilən müəssisənin arxasında olub-olmadığını yoxlayıb. Proses başa çatdıqdan sonra yaxta sanksiyalar haqqında qanunun təsiri altına düşüb. Əslən azərbaycanlı olan Fərhad Əhmədov Rusiya Federasiya Şurasının keçmiş üzvüdür. O, sərvətini qaz biznesində qazanıb.
Rusiya prezidenti Vladimir Putinin silahdaşı olan milyarder bu ilin aprelində Avropa İttifaqının sanksiyalar siyahısına daxil edilib. “Luna” yaxtası əvvəllər rusiyalı milyarder Roman Abramoviçə məxsus olub. Əhmədov onu 2014-cü ildə Abramoviçdən satın alıb. Yaxtanın dəyərinin 400 milyon avro olduğu deyilir. “Forbes”ə görə, F.Əhmədovun sərvəti 1,4 milyard dollardır.
Azpost.info