Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı təmaslar planlaşdırılıb –Rusiya XİN

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı bu həftənin sonuna kimi təmaslar planlaşdırılıb.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“O ki qaldı sərhəd məsələsinə, bu həftənin sonuna kimi Bakıda Xarici İşlər Nazirliyinin xətti ilə təmaslar planlaşdırılıb. Biz mütləq bununla bağlı əlavə məlumat verəcəyik”, – Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova yaxın vaxtlarda Cənubi Qafqaz regionunda kommunikasiyaların, iqtisadi əlaqələrin açılması ilə bağlı Üçtərəfli İşçi Qrupun növbəti iclasının keçirilməsinin tərəflərlə razılaşdırıldığını da vurğulayıb.

Əvvəlki məqalə

Almaniya parlamenti Ukraynaya ağır silahların göndərilməsinə razılıq verdi

Sonrakı məqalə

İrandan Azərbaycana 49 kq narkotik keçirilməsinin qarşısı alınıb –