Azərbaycan güləşçisi dünya çempionu olub

Azərbaycan güləşçisi Əliabbas Rzazadə dünya çempionu tituluna yiyələnib.

Apasport.az saytının məlumatına görə, sərbəst güləş üzrə millimizin üzvü Serbiyanın paytaxtı Belqradda keçirilən 23 yaşadək idmançıların yarışında qızıl medala yiyələnib.

57 kq çəkidə xalçaya çıxan Rzazadə finalda Bekbolot Mirzənəzər Uulunu (Qırğızıstan) 7:6 hesabı ilə məğlub edib.

Digər güləşçimiz Zirəddin Bayramov (65 kq) isə bürünc medal görüşündə Stilyan İliyevə (Bolqarıstan) 10:0 hesabı ilə qalib gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

VİP sədri Əli Əliyev sərbəst buraxılıb

Sonrakı məqalə

Sovet diktoru Levitanın Stalinin ölüm xəbərini verdiyi nadir səs yazısı –