Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada görüşəcək- Bu tarixdə

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 19-da Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.

Onun sözlərinə görə, sülh sazişinin mətni üzrə danışıqları davam etdirmək üçün XİN rəhbərləri arasında növbəti görüş keçiriləcək.

“Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar Rusiya tərəfinin dəvəti ilə mayın 19-da Moskvada baş tutacaq”, – Badalyan deyib.

Azpost.info

 

Əvvəlki məqalə

“Rusiyanın növbəti təxribatı!”

Sonrakı məqalə

Heydər Əliyev həyat yoldaşı ilə Şuşada –