“Azərbaycanda duzdan ikiqat çox istifadə olunur”- ÜST-ün nümayəndəsi

”Azərbaycan qeyri-infeksion xəstəliklərə səbəb olan problemləri araşdırır, bu da sevindiricidir. Buna görə Azərbaycan Avropa regionunda müstəsna ölkələrdən biridir”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qeyri-infeksiyon xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa Ofisinin rəhbəri Joao Breda ”Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tövsiyə olunan normaya görə, gün ərzində 5 qram duz qəbul edilməlidir:

“Hesablamalarımıza görə, Azərbaycan gündəlik duz istehlakı 10 qramdan yüksəkdir”.

J.Bredanın sözlərinə görə, Azərbaycan dünyada meyvə-tərəvəzlə zəngin olan əsas ölkələrdən biridir: ”Amma Azərbaycanda insanların meyvə-tərəvəz qəbulu səviyyəsi çox aşağıdır. Bu, sizi narahat etməlidir. Çünki meyvə-tərəvəz insanları xərçəngdən,  piylənmədən və ürək- damar xəstəliklərindən qoruyur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tibb Universitetində bakalavriat səviyyəsi üzrə orta tibb işçiləri hazırlanacaq

Sonrakı məqalə

Azərbaycanda ən çox ölümə səbəb olan xəstəliklər hansılardır?