Azərbaycanda ötən il 5,7 min nəfərə yaxın işçi ixtisara düşüb- Statistika Komitəsi

2019-cu il ərzində Azərbaycanda 9,4 min iş yeri bağlanıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu dövrdə bağlanmış iş yerlərinin 51,5%-i qeyri-dövlət sektorunun payına düşüb.

İş yerlərinin 39,8%-i (3 741,2) müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 60,2%-i (5 658,8) isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.    

Xatırladaq ki, 2019-cu il ərzində ölkədə 192 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 27%-i qeyri-dövlət sektorunda açılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Məntəqələrdəki xoşagəlməz hallarla bağlı sosial şəbəkələrdə görüntülər var”

Sonrakı məqalə

Daha bir Seçki Dairəsi üzrə daxil olmuş müraciətlər DSK-ya göndərilib