“Azərbaycanı kənarda qoyan bir Türk yolu ola bilməz”- TBMM sədri

“Kılıçdaroğlu “türk yolu” deyə bir layihə açıqlayıb, amma içində Azərbaycan yoxdur”.

APA xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib.

TBMM sədri bildirib ki, Azərbaycanı kənarda qoyan bir Türk yolu ola bilməz: “Biz uzun müddətdir Azərbaycan üzərindən Xəzər keçidli Orta Dəhlizin təsisi üçün çalışırıq və bu tamamlanmaq üzrədir. Həm enerji, həm də tranzit baxımından Azərbaycanın da içində olduğu bir xətt üzərindən keçir. Azərbaycanı kənarda qoyan bir mövqeni anlamaqda çətinlik çəkirəm”.

TBMM sədri xatırladıb ki, Qarabağ savaşı zamanı CHP-li millət vəkillərinin Azərbaycanı və Türkiyəni hədəf alan açıqlamaları olub: “Ünal Çevik Özə bildiyim qədəriylə bu açıqlamalarına görə Azərbaycana giriş qadağası da qoyulub. Onun Azərbaycanın öz torpaqlarını azad etmə hərəkatını şübhə altına alan açıqlamaları olmuşdu. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən narahat olan birinin Türkiyədə siyasət yürütməsi çətindir. Azərbaycanı kənarda qoyan bir türk yolu ola bilməz. Türk yolu Azərbaycanın da ərazisindən keçəcək”.

 

Əvvəlki məqalə

“Bütün sahələrdə Rusiya ilə sıx bağlıyıq”

Sonrakı məqalə

Xızıda şəhid xanımı qaynı tərəfindən öldürülüb