“Azərbaycanın ərazi bütövlüyünü tanımamaq Ermənistan üçün təhlükədir” –PAŞİNYAN

“Beynəlxalq ictimaiyyət açıq mətnlə bizə  deyir ki, Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımaması Ermənistan üçün böyük təhlükədir”. 
Azpost.info bildirir ki, bu sözləri Baş nazir Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
“Onlar deyir ki, Qarabağ məsələsində hazırkı mövqeyinizdən aşağı enin.  Beynəlxalq ictimaiyyət bizə deyir ki, əgər bunu etməsəniz bizə ümid bağlamayın. Ona görə ki, biz sadəcə kömək edə bilməyəcəyik”.
Paşinyan deyib ki, bu gün Ermənistan üçün sülhün alternativi yoxdur: “Mən özümü bir məsələdə günahkar sayıram: Gərək 2018-2019-cu illərdə xalqa açıq deyəydim ki, bütün dostlarımız bizdən Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana təhvil verilməsini və Qarabağın statusu ilə müzakirələrdə hazırkı mövqeyimizin aşağı enməmizi gözləyir. Gərək deyəydim ki, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyün tanıyır və Qarabağı tərk etmiş azərbaycanlı əhalinin tam şəkildə geri qayıtmasını gözləyir”-deyə Paşinyan bildirib.
Əvvəlki məqalə

Üç ayda Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 30 faiz artıb

Sonrakı məqalə

“Prezident Ştaynmayeri yox, kansler Şoltsu gözləyirik” –