Azərbaycanın Rusiyaya birləşdirilməsinə etiraz edən iki məşhur alimə necə cəza verilib? –TARİX (1969-cu İLİN SƏNƏDLƏRİ)

 

Tanınmış şərqşünas alim Nəriman Qasımoğlu maraqlı tarixi bir sənəd paylaşıb.

Azpost.info bildirir ki, bu sənəd 1969-cu il aprelin 1-də Azərbaycan SSR Elmlər Akademiyası partiya komitəsinin keçirdiyi qapalı yığıncağının 5 nömrəli protokolundan çıxarışdır.

 Protokol görkəmli alim, Elmlər Akademiyasının müxbir üzvü, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun və tarix elmləri doktoru Mahmud İsmayılovun cəzalandırılması haqqındadır.

Hər iki alim Azərbaycanın Rusiyaya birləşdirilməsinin 150 illiyinin bayram edilməsinə qarşı etirazlarına görə  tənqid edilir.

Protokolda deyilir ki, Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında professor Suleyman Əliyarovun “Zaqafqaziyanın və Orta Asiyanın Rusiyaya birləşdirilməsinin tarixşünaslığı haqqında” məruzəsi ətrafında çıxış edən Ziya Bünyadov Azərbaycanın Rusiyaya birləşdirilməsinin müsbət məqamlarını rədd edib. O, bununla bağlı Rusiyaya birləşmənin 150 illiyinin bayram edilməsinin əleyhinə çıxış edib. Respublika rəhbərliyinin və bu bayramla bağlı Bakıya səfər etmiş SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri Podqornının ünvanına yolverilməz ifadələr işlədib. M. İsmayılov da buna qarşı çıxıb və bu birləşdirilmənin bayram kimi qeyd olunmasına etiraz edib.

İclasda çıxış edənlər bununla bağlı Z.Bünyadova və MM.İsmayılova etirazını bildiriblər.  Protokolu AMEA-nın partiya təşkilatının katibi Mədətov imzalayıb.

Əvvəlki məqalə

Şoyqu 12 gündür görünmür –

Sonrakı məqalə

Çubaysın istefası təsdiqləndi