“Azərbaycanla sülh müqaviləsinin bir neçə variantı var” –PAŞİNYAN

İlin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması üçün hər şeyi edirik. 

Azpost.info bildirir ki, bu barədə Ermənistanın Baş naziri Paşinyan İctimai televizyaya müsahibəsində deyib.

O, gələcək sülh sazişinin bəzi məqamlarını açıqlayıb: “Sülh müqaviləsinin bir neçə variantı var:Məsələn, ümumi münasibəti əks etdirən Çərçivə sazişini imzalamaq olar. Əgər bu variant Azərbaycan tərəfi üçün məqbul olsa bu yolla gedəcəyik. Qeyd edim ki, sülh sazişinin qüvvəyə münməsinə qədər sərhədlərin demarkasiya və delimitasiyası aparılmalıdır”.

Paşinyan həmçinin deyib ki, Ermənistan Vaşinqtonda özünün sülh sazişi variantını təqdim edib: “Ümid edirik ki, Azərbaycan bu təkliflərə konstruktiv məcrada baxacaq”.

Azpost.info

 

Əvvəlki məqalə

“Tarixi gündür, Xersonu qaytardıq…Çox xoşbəxtəm” –

Sonrakı məqalə

Şahzadə Harri və Meqan Markl boşanmağa hazırlaşırlar