“Azərişıq” gücləndirilmiş iş rejiminə keçir

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Operativ Qərargahın iyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlərin tətbiq olunması qərarı ilə əlaqədar olaraq, “Azərişıq” ASC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, karantin günlərində istehlakçılara fasiləsiz və dayanıqlı elektrik enerjisinin verilişinin təmin edilməsi məqsədilə bütün qabaqlayıcı texniki və təşkilatı tədbirlər həyata keçirilib. Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün  bütün ölkə üzrə operativ qəza xidmətləri fəaliyyət göstərir: “Həmçinin abonentlərimiz xüsusi karantin günlərində elektrik enerjisindən istifadəyə görə yaranmış borcu evdən çıxmadan onlayn qaydada ödəyə bilər. Bunun üçün https://www.azerishiq.az/ saytında müvafiq bölməyə daxil olmaq kifayətdir. “Smart” sayğacdan istifadə edən istehlakçılara da tövsiyə olunur ki, əvvəlcədən sayğacların balansını yoxlasınlar və öncədən balanslarını artırsınlar”.

Yarana biləcək hər hansı bir nasazlıqda istehlakçılarımızdan dərhal “199” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur. 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş  təklif və şikayətlər dərhal icraya yönəldilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”

Sonrakı məqalə

Samir Şərifov Qüdrət Həsənquliyevin tənqidinə cavab verdi: