“Azərxalça”nın vəfat edən sabiq rəhbərinin həyat yoldaşı onun hüquqi varisi təyin edilib

Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, həbs edildikdən bir müddət sonra ev dustaqlığında vəfat edən Vidadi Muradova hüquqi varis təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vəzifə cinayətləri ilə bağlı həbs edilən və sonradan onkoloji xəstəlikdən vəfat edən Vidadi Muradovun həyat yoldaşı Rəhilə Muradova hüquqi varisi kimi tanınıb.

Prosesdə Vidadi Muradovun vəkili mərhum təqsirləndirilən şəxsin əmlakları üzərinə qoyulan həbsin götürülməsi ilə bağlı vəsatət verib. Vəkil bildirib ki, üzərinə həbs qoyulan əmlak V.Muradovun oğlu Aydın Muradova məxsusdur.

Daha sonra prosesdə zərərçəkmiş “Azərxalça” ASC-nin nümayəndəsi mülki iddia qaldırıb. Məhkəmənin qərarı ilə mülki iddia ilə bağlı vəsatət icraata qəbul olunub.

V.Muradovun əmlakı üzərinə qoyulan həbsin götürülməsi ilə bağlı vəsatət təmin olunmayıb.

Proses noyabrın 30-da davam etdiriləcək.

Qeyd edək ki, qanuna görə, cinayət törətməkdə təqsirləndirilən şəxsin ölməsi cinayət təqibini istisna edən hallardan biri sayılır.

Qanun əsasən, həbsdə vəfat edən şəxsin cinayət işi üzrə yaxınlarından bir nəfər hüquqi varis kimi tanınır. Vəfat edən şəxs özünü təqsirli bilməyibsə, təyin olunan hüquqi varis onun əvəzinə məhkəmədə iştirak edir. Məhkəmə vəfat edən şəxsin təqsirini sübuta yetirsə, ona cəza təyin olunur, lakin təqsirləndirilən şəxsin ölümü ilə bağlı cinayət işinə xitam verilir. Məhkəmədə təqsirləndirilən şəxsin cinayət əməli sübut olunmasa, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Yaxşı nəticələri olacaq” –

Sonrakı məqalə

“Biz bunun üçün yığışmışıq, baxaq görək indiyə kimi nə edilib” –