Azadlığa çıxan rusiyalı biznesmen ABŞ həbsxanasında ən çətin şeyin nə olduğunu açıqlayıb

“ABŞ həbsxanasında ən çətin şey ailə və dostlarla ünsiyyət qura bilməmək idi”.

Azpost.info xəbər verir ki, bunu bu günlərdə azadlığa çıxan rusiyalı biznesmen Viktor But RT-yə müsahibəsində deyib.

O, doğmaları və yaxınlarına ayda yalnız bir dəfə  zəng edə bildiyini bildirib: “Ayda bir zəng… Dostlar, qohumlar və sevdiklərinizlə ünsiyyətin olmaması baş verə biləcək ən çətin şey idi”.

But əlavə edib ki, indi özünü xoşbəxt hiss edir.

Viktor But təxminən 15 il ABŞ-da dəmir barmaqlıqlar arxasında idi. O, 2008-ci ildə Ağ Evin tələbi ilə Taylandda həbs edilib. Daha sonra Vaşinqtona aparılıb. O, ABŞ vətəndaşlarını öldürmək üçün sui-qəsd hazırlamaqda və terroru dəstəkləməkdə ittiham edilib.

But iki gün əvvəl amerikalı basketbolçu Britni Qraynerlə dəyişdirilib.

Azpost.info

Əvvəlki məqalə

“ABŞ hərbçiləri yenidən Somaliyə qayıdıb”

Sonrakı məqalə

Körpədə eşitmə probleminin olduğunu necə bilmək olar?