AZAL-ın sədri Cahangir Əsgərov Ərdoğana verdiyi sözü tutdu, bığ saxladı –

FOTO
25 Noyabr 2021 - 21:30

Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın AZAL)prezidenti Cahangir Əsgərovla zarafatyana dialoqu hamının dodağını qaçırmışdı.

Söhbət zamanı Ərdoğan C.Əsgərovu göstərərək “Bunun bığı vardı, indi yoxdur”, -deyir. İlham Əliyev isə cavabında “tökülüb”, -deyə bildirir. C.Əsgərov “yaşlandıq, töküldü… Zəngilanda olacaq”, -deyib zarafatyana dialoqa əlavə edir.
Artıq AZAL rəhbərinin verdiyi sözə əməl edərək bığ saxlayır.
Bu gün keçirilən iclasda çəkilmiş fotolarda C.Əsgərovun sözünü tutduğunu və bığ saxladığı görünür.