““Azovstal”dan insanların təxliyəsi ilə bağlı razılaşma yoxdur” –Ukrayna baş nazirinin müavini

“Mariupoldakı “Azovstal” ərazisindən insanların təxliyəsi ilə bağlı razılaşma yoxdur”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini İrina Vereşçuk bildirib. “Buna (atəşkəs bəyanatına-red:) inanmaq olardı, əgər ruslar əvvəllər humanitar dəhlizləri dəfələrlə pozmasaydılar. Mən nə dediyimi bilirəm. Çünki prezidentin tapşırığı ilə belə danışıqlar aparıram və humanitar dəhlizlər təşkil edirəm”, – Vereşçuk deyib.

Onun sözlərinə görə, humanitar dəhliz yalnız birtərəfli qaydada elan edilib və buna görə də mülki əhali üçün təhlükə hələ də qalmaqdadır. Nazir BMT-nin baş katibi Antonio Qutereşi “Azovstal”dan mülki şəxslər üçün humanitar dəhlizin təşəbbüskarı və təminatçısı kimi çıxış etməyə çağırıb. O, prosesdə BMT və “Qırmızı Xaç” nümayəndələrinin də olmasını xahiş edib. Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi bu gün Moskva vaxtı ilə saat 14:00-dan etibarən “Azovstal” ərazisində hərbi əməliyyatları dayandırdığını açıqlayıb. Nazirlikdən bildiriblər ki, bu, mülki əhalinin təxliyəsi üçün edilir.

Azpost.info

Əvvəlki məqalə

QMİ Məhərrəm ayının başlanma tarixini açıqladı

Sonrakı məqalə

Ukrayna NATO ilə bağlı bəndi Konstitusiyadan çıxarmayacaq