AzTU-da köklü kadr dəyişiklikləri- 7 yeni dekan seçildi

Azərbaycan Texniki Universitetində (AzTU) dekan seçkisi yekunlaşıb.

Ali təhsil müəssisəsindən “Report”a verilən məlumata görə, seçkinin nəticələrinə əsasən, Lalə Əzizova Energetika, elektrotexnika və avtomatika, Zəkay Şayev Nəqliyyat və logistika, Nizami Poladov Metallurgiya və materialşünaslıq, Ərəstun Məmmədov Maşınqayırma və robototexnika, Taleh Şirinov İnformasiya və telekommunikasiya texnologiyaları, Fərqanə Musayeva İqtisadiyyat və idarəetmə, Elçin Rzayev isə Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib.

Qeyd edək ki, bundan əvvəl Texniki Universitetdə 8 fakültə olub. Elmi Şuranın 02.10.2019-cu il tarixili qərarı ilə dünyada mövcud sənaye trendləri, innovativ inkişafın texniki tədqiqat və təhsil qarşısında qoyduğu müasir çağırışlar nəzərə alınaraq AzTU-da elmi tədqiqatların prioritet istiqamətləri təsdiq olunub. Bu elmi istiqamətlər üzrə 7 fakültə yenidən təşkil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müraciət edənlərin 50 faizdən çoxunun deputatlığa namizədliyi qeydə alınıb

Sonrakı məqalə

Beynəlxalq olimpiadanın qızıl medalçısı: