“Bədxahlarımızın xəyal etdiyi şeylərin heç biri baş vermədi” – Rusiya Baş naziri

“2022-ci ildə Qərb təzyiq göstərərək Rusiya iqtisadiyyatını sındırmaq, milli valyutanı çökdürmək və inflyasiyanı təhrik etmək istədi. Lakin bütün bunlar bədxahların həyata keçilməz arzusu olaraq qaldı”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Baş naziri Mixail Mişustin Şanxayda keçirilən Rusiya-Çin forumunda çıxışı zamanı bildirib.

“Ötən il Rusiya görünməmiş miqyasda sanksiya təzyiqinə məruz qaldı. Məqsəd iqtisadiyyatımızı sındırmaq, milli valyutanı çökdürmək, dağıdıcı inflyasiya yaratmaq, adi vətəndaşların həyat səviyyəsini pisləşdirmək idi. Bədxahlarımızın xəyal etdiyi şeylərin heç biri baş vermədi”, – Baş nazir deyib.

Onun sözlərinə görə, Rusiya bütün bunlara nəinki tab gətirdi, həm də mütərəqqi inkişafını davam etdirir: “Moskva dinamik inkişaf edən bazarlara diqqət yetirir və iqtisadiyyatı sürətlə inkişaf edən dövlətlərlə ticarət əlaqələrini genişləndirir. Dost dövlətlərlə əlaqələrin qurulması prezident Vladimir Putinin bu il üçün qarşıya qoyduğu 6 əsas vəzifədən biridir”.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan ordusu Ermənistan bölmələrini atəşə tutmayıb –

Sonrakı məqalə

“İlham Əliyev heç bədbəxt avropalıları Qarabağa buraxmadı, kim ora gedər?” –