“Bəli, Azərbaycan Naxçıvanla nəqliyyat yolu əldə etməlidir” –PAŞİNYAN

“Şərəfim var” fraksiyasından olan deputat Anna Mkrtçyan bu gün parlamentdə 9 noyabr 2020-ci il tarixli bəyanatının 9-cu bəndindən sitat gətirib.

“Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələsinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat vasitələrinə nəzarəti Rusiya FTX-nin Sərhəd Xidməti keçirir. İndi sual yaranır: bu bir neçə kilometr uzunluğunda dəhliz deyilsə, bu nədir?” – deputat bildirib.

Baş nazir Nikol Paşinyan cavab verib ki, Ermənistan bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır: “Bəli, biz Azərbaycanın qərb rayonlarının dəmir yolu və avtomobil yolları alması kontekstində regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasına hazırıq və bu prosesdə maraqlıyıq. Azərbaycan Naxçıvan Muxtar Respublikası ilə, Ermənistan isə Azərbaycan ərazisindən keçməklə İran və Rusiya ilə avtomobil və dəmir yolları ilə əlaqəni əldə etməlidir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

11 ay ərzində ölkədə 999 xarici sərmayəli şirkət qeydiyyatdan keçib

Sonrakı məqalə

“ABŞ ordusu Ukraynada yerləşdirilməyəcək” –