Bərdədə ailələr arasında kütləvi dava olub

- Saxlanılanlar var
16 Aprel 2020 - 15:13

Bərdədə kütləvi dava olub.

APA-nın məlumatına görə, hadisə rayonun Köbərkənd kəndində qeydə alınıb.

Kənd sakini Baxşeyiş Quliyev yaxın qohumları – Zaur Quliyev, Orduxan Quliyev, Ağa Quliyev, Vaqif Quliyev, Sərxan Quliyev, İntiqam Quliyevlə birgə sərxoş halda həmkəndliləri –  Ədalət Əliyev və yaxın qohumları- Kənan Əliyev, Sərdar Əliyev, Aydın Əliyev, Etibar Əliyev, Elşad Süleymanovu yumruqla, ağacla, dəmir parçaları ilə vuraraq müxtəlif bədən xəsarətləri yetiriblər.