Bəşər tarixində ən kütləvi ölüm neçənci ildə baş verib?

Running towards the light

Alimlər dünya tarixində görünməmiş kütləvi ölüm gününün 1556-cı il yanvarın 23-ü olduğunu müəyyən ediblər. 

AZƏRTAC “IFL Science” nəşrinə istinadla xəbər verir ki, tarixi sənədlərə görə, həmin gün rekord sayda insan ölüb.

Alimlər bildiriblər ki, həmin gün baş verən təbii fəlakətin episentri Çinin şimal-qərbində yerləşən Şensi əyalətində olub. Əhalinin kütləvi ölümünə səbəb Veynan və Huaşan geoloji laylarında qırılma hərəkəti nəticəsində yaranan güclü zəlzələ olub və müasir elmi hesablamalara görə, yeraltı təkanlar 830 minə yaxın insanın həyatına son qoyub.

Mütəxəssislərin hesablamalarına görə, ölənlərin təxminən üçdəbiri binaların uçması, mağara yaşayış yerlərinin dağılması və sürüşmənin qurbanı olub. Qalanları kataklizmin nəticələrindən – xəstəlikdən və aclıqdan ölüblər. Alimlər dağıdıcı zəlzələnin maqnitudasını 8-8,3 bal qiymətləndirirlər. Zəlzələnin episentri Huaxian şəhəri yaxınlığında olub.

Maraqlıdır ki, o dövrdə dünya əhalisinin sayı 500 milyon nəfərdən az idi. Ekspertlər vurğulayırlar ki, Şensi faciəsi təkcə ölüm sayına görə mütləq rekord deyil, həm də bəşər tarixində bir gündə qeydə alınan ən böyük nisbi əhali itkisidir.

Əvvəlki məqalə

Ailə başçısını itirməyə görə 188 600 nəfərdən çox şəxsə ödəniş edilib

Sonrakı məqalə

Tanınmış türk hakimi “Qarabağ” -“Lion” oyununa təyinat alıb