“Deputatların davranış qaydaları sərtləşdirilməlidir”.
APA-nın məlumatına görə, bunu MM-in Regional Məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna təklif edilən dəyişikliklə bağlı müzakirələrdə deyib.
S.Novruzov bildirib ki, bəzi deputatlar seçicisi olmayan şəxslərin müdafiəsinə qalxırlar: “Bu bizim statusumuza uyğun deyil. Deputatın vəzifəsi öz seçicilərinin problemlərini Milli Məclisdə səsləndirməkdir”.