Bəşər Əsəd Rusiyaya təşəkkür edib

Suriya prezidenti Bəşər Əsəd zəlzələ ilə bağlı göstərdiyi dəstəyə görə Rusiya dövlətinə və xalqına minnətdarlığını bildirib. 

Azpost.info xəbər verir ki, o, Suriyaya yardım etməyə gələn rusları salamladığını deyib.

“Biz təəccüblənmirik, hamımız dostuq, eyni dəyərləri paylaşırıq. Onlar Suriyaya terrorla mübarizədə dəstək veriblər. İndi də bu fəlakətdə dəstək verirlər. Ona görə də təkcə Rusiya hökumətinə deyil, həm də ruslara öz təşəkkürümüzü çatdırmaq istərdik. Çox sağ olun”, – Əsəd qeyd edib.

Suriya Səhiyyə Nazirliyinin məlumatına görə, zəlzələ nəticəsində 1387 nəfər həlak olub, 2326 nəfər xəsarət alıb.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanlı xilasedicilər dağıntılar altından daha 2 uşağı xilas edib – VİDEO

Sonrakı məqalə

Müdafiə Nazirliyi Türkiyəyə qış səhra çadırları göndərib