Sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddət göstərilməsi ilə videogörüntülər yayılıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, yayılan görüntülərlə bağlı araşdırma başlayıb: “Fakt nəzarətə götürülüb. Araşdırmanının nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, uşağa zorakılıq İsmayıllı rayonunun Aşağıbaş kənd bağçasında baş verib. Bağçada işləyən qadın işdən qovulub.