Bağçalara qəbul iyuldan başlayacaq

“Birinci sinfə qəbulla bağlı son hazırlıq işləri görülür. Yaxın zamanlarda valideynlər Təhsil Nazirliyinin bununla bağlı elanını görə biləcəklər”.

Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib.
Onun sözlərinə görə, məktəbəqədərr təhsil müəssisələrinə qəbul isə iyul ayından başlayacaq:

“Bağçaların Təhsil Nazirliyinə verilməsi ilə bağlı işlər müəyyən vaxt alıb, Çünki elektron sistemləri qurmaq və işlək vəziyyətə gətirmək üçün müəəyyən vaxt lazımdır”. (APA)

Əvvəlki məqalə

“Şoyqu ABŞ-ın zənglərinə cavab vermir” –

Sonrakı məqalə

Tərbiyəçilər bağçalara xüsusi imtahanla işə götürüləcəklər