Bakı-Alanya sərnişin təyyarəsi Ankarada məcburi eniş edib

- SƏBƏB
21 Fevral 2020 - 12:52

Bakı-Alanya marşrutu üzrə uçan sərnişin təyyarəsi Ankarada məcburi eniş edib.

“Buta Airways” aviaşirkətindən “APA-Economics”ə verilən məlumata görə, Alanyanın hava limanında (GZP) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Buta Airways”in saat 07:39-da Bakıdan yola düşən J2 9111 nömrəli aviareysində hava gəmisinin kapitanı Ankaranın Esenboğa hava limanına (ESB) məcburi eniş etmək qərarı alıb. Reys Bakı vaxtı ilə saat 11:08-də Ankarada uğurlu eniş edib.

Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Alanyaya yola düşəcək.