“Dairəvi dəmir yolu yanvar ayında hazır olacaq” –

Cavid Qurbanov
28 Noyabr 2019 - 14:50

“Bakı dairəvi dəmir yolunun 2020-ci ilin yanvar ayının sonunadək tam hazır olacağı gözlənilir”.

“APA-Economics”in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, sözügedən dəmir yolunun Pirşağı qəsəbəsinədək olan hissəsi artıq istifadəyə verilib. Yolun növbəti 18 kilometrlik hissəsində isə hələ işlər davam etdirilir.