“Bakı ilə danışıqlarda anklavlar məsələsi qaldırılmayıb” –Ermənistan Təhlükəsizlik Şurasının katibi

“Bakı ilə danışıqlarda anklavlar məsələsi qaldırılmayıb”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin iclasından sonra keçirilən brifinqdə Azərbaycanla sülh müqaviləsinin şərtlərindən danışarkən deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı müxalifət tez-tez əsassız, reallıqla heç bir əlaqəsi olmayan bəyanatlar verir.
“İndiyədək anklavlarla bağlı məsələ qaldırılmayıb. Deyə bilərik ki, hər iki tərəfdə anklavlar var və onların əraziləri təxminən eynidir. Hər iki tərəf bu məsələdə susur, hələ ki, müzakirə olunmayıb”, – Qriqoryan bildirib.

 

Əvvəlki məqalə

İspaniya 12 rusiyalı oliqarxın hesablarını dondurdu

Sonrakı məqalə

“Sülh müqaviləsindən sonra seçki ilə bağlı referendum olacaq” –