Bakı sakinini güllələyən şəxslər tutulub

- RƏSMİ
13 May 2020 - 12:41

Bakıda silahlı insident olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il fevralın 22-də paytaxtın Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Abıyevə hər iki bud və qol nahiyələrinə tapançadan atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş P.Mayılov və hadisədə iştirak etmiş digər şəxslər – Hacıtəpə kənd sakinləri T.Salmanov və əvvəllər məhkum olunmuş S.Hüseynov saxlanılaraq Binəqədi RPİ-nin əməkdaşlarına təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.