Bakı, Sumqayıt və Abşeronda pensiyalar bu tarixdə ödəniləcək

02 Noyabr 2021 - 10:00

Noyabrın 5-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən Azpost.info-ya verilən məlumata görə, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.