“Bakı və İrəvanın tezliklə sülhə nail olmaq öhdəliyi ilə bağlı verdikləri siqnal o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdırlar. Hələ bir sıra mürəkkəb mövzular üzrə həll yolları tapmalıyıq”.
Azpost.info bildirir ki, bu sözləri bu gün Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev keçirdiyi brifinqdə bildirib.
“Sonucda yüksək keyfiyyətli, etibarlı razılaşmalar əldə etmək üçün proses mümkün qədər uzun sürməlidir. Kiminsə prosesi sürətləndirməsi, nəyəsə tez bir zamanda nail olması faydalı ola bilər, amma məsələ bundan sonra bunun necə həyata keçiriləcəyidir”, – deyə Aleksey Zaytsev vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanması Rusiya prezidenti, Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli sazişlərin elementlərindən biridir.
“Rusiya tərəfi bütün səviyyələrdə siyasi və diplomatik kanaldan istifadə edərək, bu sənədin hazırlanmasında Bakı və İrəvana fəal kömək edir. Hər il üçtərəfli sammitlər keçirilir, xarici işlər nazirləri mütəmadi görüşürlər. Bu yaxınlarda belə bir görüş olub. Bakı və İrəvanın tezliklə sülhə nail olmaq öhdəliyi ilə bağlı siqnalı o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdırlar. Biz hələ bir sıra mürəkkəb mövzular üzrə həll yolları tapmalıyıq”, – Aleksey Zaytsev yekunlaşdırıb.
Azpost.info