Bakıda 14 yaşlı yeniyetmə qız itkin düşüb – FOTO

Bakıda yeniyetmə qız yoxa çıxıb.

2007-ci il təvəllüdlü Cavadova Alina Dimitriyevna bu gün naməlum səbəbdən evə gəlməyib.

Yeniyetmənin anası Oksana Cavadova APA-ya bildirib ki, qızı bu gün günorta 11-30- da taksi ilə evə gedərkən Günəşli qəsəbəsində yerləşən “Bravo” supermarketin yanında düşüb. Bundan sonra ondan xəbər olmayıb.

C.Alinanın əynində açıq yaşıl rəngdə gödəkçə, boz şalvar, ayağında isə qəhvəyi rəngdə çəkmə olub.

Yeniyetməni görən şəxslərdən Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə və ya (070) 882 00 30 əlaqə nömrəsinə məlumat vermələri xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mərkəzi Kəsfiyyat İdarəsinin direktoru Moskvaya xəbərdarlıq edib

Sonrakı məqalə

Bakıda bu gün itkin düşən 14 yaşlı qız tapıldı –