Bakıda aptekdən 4500 manat oğurlanıb

14 Aprel 2020 - 12:39

Bakıda aptekdən 4500 manat oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki apteklərin birindən 4500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov saxlanılıb.

Araşdırma aparılır.