Bakıda azyaşlı 6-cı mərtəbədən yıxılaraq ölüb

04 Fevral 2020 - 16:02

Bakıda bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. 2017-ci il təvəllüdlü Sərdarlı Mehdi Əlihüseyn oğlu 6-cı mərtəbədə yerləşən evinin pəncərəsindən yıxılıb. Azyaşlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.