Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində azyaşlıya qarşı əxlaqsız hərəkət etməkdə şübhəli bilinən şəxs tutularaq cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O qeyd edib ki, 1990-cı il təvəllüdlü F.Hüseynov barəsində Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə Xəzər Rayon Polis İdarəsi İstintaq şöbəsində cinayət işi başlanılıb.
Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.