Bakıda bu gün itkin düşən 14 yaşlı qız tapıldı –

AÇIQLAMA
06 Noyabr 2021 - 20:42

Bu gün günorta saatlarında Suraxanı rayonu Günəşli qəsəbəsində itkin düşən 14 yaşlı A.C-aparılan intensiv əməliyyat-axtarış tədbirləri ilə yeri müəyyən olunub.

Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidmətinin sözçüsü Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə hazırda müvafiq polis bölməsinə aparılaraq ailəsinə təhvil veriləcək.

Yeniyetmənin anası Oksana Cavadova bildirib ki, qızı bu gün günorta 11-30- da taksi ilə evə gedərkən Günəşli qəsəbəsində yerləşən “Bravo” supermarketin yanında düşüb. Bundan sonra ondan xəbər olmayıb.

**