Bakıda bu gün itkin düşən 14 yaşlı qız tapıldı –AÇIQLAMA

Bu gün günorta saatlarında Suraxanı rayonu Günəşli qəsəbəsində itkin düşən 14 yaşlı A.C-aparılan intensiv əməliyyat-axtarış tədbirləri ilə yeri müəyyən olunub.

Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidmətinin sözçüsü Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə hazırda müvafiq polis bölməsinə aparılaraq ailəsinə təhvil veriləcək.

Yeniyetmənin anası Oksana Cavadova bildirib ki, qızı bu gün günorta 11-30- da taksi ilə evə gedərkən Günəşli qəsəbəsində yerləşən “Bravo” supermarketin yanında düşüb. Bundan sonra ondan xəbər olmayıb.

**

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda 14 yaşlı yeniyetmə qız itkin düşüb – FOTO

Sonrakı məqalə

“Neftçi” yenə uduzdu