Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Xəbərdarlıqda Bakıda və Abşeron yarımadasında martın 18-i səhərdən 19-u səhərədək şimal-qərb küləyinin 15-20 m/s olacağı, arabir 23-25 m/s-dək güclənəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağının gözlənildiyi bildirilir.