Bakıda iki avtomobil toqquşub- Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 3-də saat 21 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Sahib Kərimovun idarə etdiyi “TOFAŞ” və M.Zahidovun idarə etdiyi “Kia” markalı avtomobillər toqquşub. Nəticədə “TOFAŞ”ın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prokurorluq sayt rəhbərinə xəbərdarlıq etdi

Sonrakı məqalə

Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar