Bakıda xəstəxanada ölüm hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qeydə alınıb.
Xəstəxanada müalicə alan Qəniyev Rəşad və Qafarov Azad dünən səhər saatlarında dünyalarını dəyişiblər.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) APA-ya verilən xəbərə görə, hadisə barədə məlumatlıdırlar. Hazırda bununla bağlı araşdırma gedir.
Qeyd edək ki, noyabrın 25-də sözügedən xəstəxanada 31 yaşlı Bağırova Rəhimə Tofiq qızı da vəfat edib.