Bakıda koronavirusa ən çox yoluxma Yasamalda qeydə alınıb

İyunun 13-nə olan məlumata görə, Bakı üzrə koronavirusa yoluxma ən çox Yasamalda qeydə alınıb.

APA-nın məlumatına görə, bu barədə koronavirusinfo.az saytında məlumat verilib.

Yasamalda virusa yoluxma 12,7% olub. Xətai rayonunda da yoluxma artaraq 12,2 faizə çatıb.

Ümumilikdə, Binəqədidə 12,1%, Sabunçuda 12%, Nəsimi 10,7%, Suraxanıda 9,6%, Nərimanovda 8,8%, Nizamidə 7,3%, Qaradağda 6,6%, Xəzərdə 4,4%, Səbaildə 3,2 % koronavirusa yoluxma qeydə alınıb. Bakının rayonları üzrə yenə də ən az yoluxma Pirallahı rayonunda olub – 0,3%.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropadan Azərbaycana könüllü qayıdan miqrantlar mənzillə təmin edilib

Sonrakı məqalə

“Əlavə məlumatlara uymasınlar”