Bakıda polis rəisinin sürücüsü məktəbli uşağa təcavüz edib

Bakıda 41 yaşlı kişi azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər etdiyinə görə məsuliyyətə cəlb edilib.

Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə ay əvvəl baş verib.

İş üzrə zərərçəkmiş uşaq Səbail rayonunda yerləşən məktəblərdən birinin 11 yaşlı şagirdidir.

Hadisə Bakının mərkəzində – Xaqani küçəsində baş verib. Zərərçəkmişin atasının şikayəti əsasında təqsirləndirilən şəxs həbs edilib.

R.M. barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi cinayət işi başlanılıb. Ona Səbail Rayon Məhkəməsinin hökmü ilə 1 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

R.M. barəsində cinayət işi açılandan sonra o, işdən də çıxarılıb.

R.M. vəzifəsindən azad olunanadək Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi Rəşad Əhmədzadənin sürücüsü olub. R.Əhmədzadə hazırda Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin rəisi vəzifəsində çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prokuror Bakı Apellyasiya Məhkəməsinin sabiq hakiminin həbs edilməsini tələb edib

Sonrakı məqalə

Son sutkada ölkədə 842 nəfər COVID-19-a yoluxub, 15 nəfər ölüb