Bakıda quş əti istehsal edən sexBAĞLANDI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan verilən məlumata görə, qurumun əməkdaşları DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birgə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsində fiziki şəxs Babayev Ceyhun Rafiq oğluna məxsus quş əti emalı müəssisəsinə reyd keçiriblər.

Reyd zamanı müəssisənin antisanitar şəraitdə, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət etmədən və qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Reyd zamanı heyvan mənşəli məhsulların və xammalının tədarükü, saxlanması və satışının mövcud qanunvericiliyin tələblərinə əsasən həyata keçirilmədiyi məlum olub. Aşkarlanan faktlar əsasında qanuvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Neft tədarükü tələbatı üstələyir”

Sonrakı məqalə

“İnanıram ki, cinayətlər törətmiş digər məmurlar da cəzalandırılacaq”